“İndi daha böyük bir sıçrayış ərəfəsindəyik”, R.T.Ərdoğan

Ölkə başçısı, Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri R.T.Ərdoğan partiyanın ümumi mərkəzində Rayon Başçıları Genişləndirilmiş Toplantısında çıxış edərək deyib...

1757028
“İndi daha böyük bir sıçrayış ərəfəsindəyik”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ildə ölkənin ixracatı 225 milyard dollarlıq bir rəqəmlə tamamladığını, bunun da doğru yolda irəlilədiklərinin bir göstəricisi olduğunu bildirib.

  Ölkə başçısı, Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri R.T.Ərdoğan partiyanın ümumi mərkəzində Rayon Başçıları Genişləndirilmiş Toplantısında çıxış edərək deyib: "İxracatda 2021-ci ili 225 milyard dollardan artıq bir rəqəmlə tamamlamamız doğru bir yolda irəlilədiyimiz deməkdir. Türkiyə bu müvəffəqiyyəti ilə bütün məzlumlara və zərər çəkmişlərə öz iradələri və səyləri ilə haqq və azadlıqlarına ən yaxşı standartlarda qovuşa və inkişaf hücumlarını nəticələndirə biləcəklərini göstərir.

  İndi daha böyük bir sıçrayış ərəfəsindəyik: artıq Türkiyəni dünyanın ən böyük 10 iqtisadiyyatından biri edəcək addımlar atırıq.

  Açıqladığımız yeni iqtisadiyyat proqramı ilə daha çox məşğulluğa əhəmiyyət veririk. Minimum məvacibdən məmur və təqaüdçü maaşlarındakı artıma qədər hər mövzuda bu anlayışı güddük, həyata keçirdik. İnşaallah, ən çətinini geridə qoyduq. Bundan sonra zəhmətlərimizin qarşılığını almaq, millətimiz üçün hədəflərimizə addım-addım yaxınlaşdığımızı göstərmək zamanıdır."



Әlaqәli Xәbәrlәr