“Türkiyə epidemiya dövründə ən sürətli toparlanan ölkə oldu”, R.T.Ərdoğan

İlin ilk Nazirlər Kabineti yığıncağından sonra şərhlər verən Ərdoğan deyib...

1756440
“Türkiyə epidemiya dövründə ən sürətli toparlanan ölkə oldu”, R.T.Ərdoğan

 

  Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin epidemiya dövründə G-20 ölkələri içində iqtisadi olaraq ən sürətli toparlanan ölkə olduğunu vurğulayıb.

  İlin ilk Nazirlər Kabineti yığıncağından sonra şərhlər verən Ərdoğan deyib: “Dünya epidemiyaya baxmayaraq, Türkiyənin dayandığı yeri təqdirlə qarşılayır. Ölkəmizi qlobal sağlıq böhranından çıxartdıq.

  Epidemiyanın iqtisadiyyatlar üzərindəki təzyiqinin artmasına baxmayaraq, Türkiyə ötən il ixracatda rekord qırıb, 20 il əvvəl 88 milyard dolları olmayan xarici ticarət həcmini 500 milyard dollara yaxınlaşdırıb.

  Epidemiya dövründə G-20 dövlətləri içərisində iqtisadi olaraq ən sürətli toparlanan ölkə olduq.

  Türkiyə 2021-ci ildə iqtisadiyyatda sərmayə, məşğulluq, istehsal, cari tarazlıq mərkəzli bir böyümə yaşadı. İnkişafda cüt xanalı rəqəmləri qazanacağımıza inanırıq.

  2021-ci ilin inflyasiyası 36,08 faiz olub. Ölkədə yüzdə 6 faizə qədər endirdiyimiz inflyasiyanın boynunu qıraraq onu ən qısa müddətdə təkrar tək xanalı rəqəmlərə gerilətməkdə qərarlıyıq."



Әlaqәli Xәbәrlәr