Avtomobil təchizat sənayesi məhsullarının ixracında rekord artım

Türkiyənin avtomobil təchizat sənayesi məhsulları ixracı ilin 11 ayında 10 milyard 750 milyon 403 min dollara çatıb.

1744627
Avtomobil təchizat sənayesi məhsullarının ixracında rekord artım

TRT xəbər verir ki, bu barədə Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyi məlumat yayıb. Birliyin hesabatına görə 2021-ci ilin 11 ayında avtomobil təchizat sənayesi sektoru 200-dən çox ölkə, azad zona və muxtar bölgəyə ixrac reallaşdırıb. Ötən ilin yanvar-noyabr dövründə 8 milyard 430 milyon 964 min dollar olan alt sənaye ixracı cari ilin 11 ayında 27,5% artaraq 10 milyard 750 milyon 403 min dollara yüksəlib. Bildirilib ki, avtomobil sənayesinin ümumi ixrac həcmi ilin 11 ayında 26 milyard 381 milyon 470 min dollar olub ki, bunun 40,8%-ni təchizat sənayesi məhsulları təşkil edib. Təchizat sənayesi məhsullarının ən çox ixrac edildiyi ölkələr arasında Almaniya ilk sırada iştirak edərkən, bu ölkəni İtaliya və ABŞ izləyib.



Әlaqәli Xәbәrlәr