“Türkiyənin ixracat siyasətini görmək istəyən Qaziantepə baxsın”, R.T.Ərdoğan
Qaziantepin Qurtuluşunun 100-cü İlində 100 Xeyriyyəçi Təhsilə Dəstək Kampaniyası Mükafat Mərasimində çıxış edən R.T.Ərdoğan deyib...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin ixracat siyasətini görmək istəyənin Qaziantepə baxmasını söylədi.
Qaziantepin Qurtuluşunun 100-cü İlində 100 Xeyriyyəçi Təhsilə Dəstək Kampaniyası Mükafat Mərasimində çıxış edən R.T.Ərdoğan deyib: “Qaziantəp bölgədə və dünyada nümunə götürüləsi bir inkişaf modelidir.
İnkişafın əsas şərtlərindən biri təhsilli, yetişmiş və qabiliyyətli iş qüvvəsidir.
Bizim tək istəyimiz: ixracat, ixracat və yenə ixracat. Və biz bunu bacaracağıq.
Sərmayə, məşğulluq, istehsal, ixracat üzərində qurulan siyasətimizin ətə-sümüyə bürünmüş halını görmək istəyən Qaziantepə baxsın."
Әlaqәli Xәbәrlәr
“İslahatlarımızla Türkiyənin strukturunu gücləndirməyə davam edirik”, M.Şimşək
Türkiyə Radio Televiziya Qurumu – TRT-yə ABŞ səfərilə bağlı məlumat verən M.Şimşək deyib ...