Türkiyənin ixrac həcmi noyabrda rekord seviyyəyə çatıb

Türkiyənin noyabr ayında ixrac həcmi 21,5 milyard dollara çataraq bir ayda reallaşan ən yüksək ixrac olub.

1741993
Türkiyənin ixrac həcmi noyabrda rekord seviyyəyə çatıb

Ticarət naziri Mehmet Muş noyabr ayı xarici ticarət rəqəmləri ilə bağlı paytaxt Ankarada mətbuat konfransı keçirib.

Mehmet Muş: “Noyabrda ixrac həcmi ötən ilin müvafiq ayına  müqayisədə 33,4 faiz artaraq 21,5 milyard dollara çatıb ki, bu aylıq reallaşan ən yüksək ixracımız olub”. Nazir həmçinin qeyd edib ki, Rəqəmlər ixracdakı artımın müvəqqəti deyil, daimi olduğunu göstərir. Nazirlik olaraq əlavə dəyərli məhsul ixracın artması və daimi olması uğrunda  lazımlı addımları  atdıqlarını ifadə edən Muş, davamlı və inklüziv ixrac mühiti yaradmağa çalışdıqlarını vurğulayıb. Türkiyənin dünya ticarətində güclü təchizatçı və təhlükəsiz liman olduğunu sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr