Bәkir Pakdәmirli: “Türkiyә kәnd tәsәrrüfatı mәhsullarının hәcminә görә Avropada lideridir”

Bәkir  Pakdәmirli: “kәnd tәsәrrüfatı  mәhsullarının hәcminә görә  Avropada lider, dünyada isə ilk 10-luq arasında olan Türkiyə 206 ölkəyə 2 min 90 adda kənd təsərrüfatı və ərzaq məhsulları ixrac edəcək mövqeyә çatıb”.

1738645
Bәkir Pakdәmirli: “Türkiyә kәnd tәsәrrüfatı mәhsullarının hәcminә görә Avropada lideridir”

Kənd Təsərrüfatı və Meşə Naziri Bəkir Pakdәmirli Bursada keçirilən Uludağ İqtisadiyyat Zirvəsinə videomüraciət  ünvanlayıb.

Nazir  videomüraciәtindә,  Yeni növ koronavirus (Covid-19) epidemiyası zamanı görülən tədbirlər sayəsində vətəndaşların ərzaq təminatı ilə bağlı heç bir problem yaşamadığına  diqqәt  çәkib.   Bu prosesdə dünya kənd təsərrüfatında millətçi və proteksionist yanaşmaların getdikcə daha çox ön plana çıxdığını bildirib.  Qidaya  tәlәbatın  artması, logistika vә  işçi qüvvəsi  kimi  problemlər, yüksək enerji xərcləri  sәbәbi  ilә  dünyada ərzaq qiymətlərində rekord artım olduğunu  ifadә  edәn  Pakdemirli,  qlobal istiləşmə və iqlim dəyişikliyinin   tәsirinin dә  gözdәn  yayındırılmamasının lazım gәldiyini deyib. Türkiyədə kənd təsərrüfatı məhsulunun son 3 ildə 78% artımla 2020-ci ildə 337 milyard lirəyə çataraq rekord vurduğunu, ölkәnin  kənd təsərrüfatı məhsullarının həcminə görə Avropada lider, dünyada isə ilk 10-luq arasında  iştirak  etdiyini,  son 3 ildə cəmi 60 milyard dollarlıq kənd təsərrüfatı və ərzaq məhsulları ixrac  edildiyini  vurğulayıb.  



Әlaqәli Xәbәrlәr