"Donanmamıza dördüncü qazma gəmisi də qatıldı", F.Dönməz

“Twitter” hesabından etdiyi paylaşmada F.Dönməz sözügedən mövzuda yazıb...

1735212
"Donanmamıza dördüncü qazma gəmisi də qatıldı", F.Dönməz
dördüncü sondaj gemisi.jpg

 

  Türkiyənin Enerji və təbii qaynaqlar naziri Fateh Dönməz ölkənin “Fatih”, “Yavuz” və “Kanuni” qazma gəmilərindən sonra dördüncü qazma gəmisinin də donanmaya qatıldığını bildirib.

  “Twitter” hesabından etdiyi paylaşmada F.Dönməz sözügedən mövzuda yazıb: “Gəmimizin ərsəyə gəlməsində böyük zəhmətləri olan hörmətli prezidentimiz başda olmaqla, Qara dəniz qazını 2023-cü ilə yetişdirmək üçün 7/24 tər tökən bütün çalışanlarımıza təşəkkürlərimi çatdırıram.”

  Paylaşılan infoqrafikadakı məlumata görə, uzunluğu 238, eni 42 metr və ağırlığı 68 min qross ton olan gəmi 12 min 200 metr maksimum qazma dərinliyi xüsusiyyəti daşıyır.  

  Qeyd edək ki, 7-ci nəsil üstün texnologiyaya malik dördüncü qazma gəmisinin maksimum əməliyyat dərinliyi 3600 metr, qüllə yüksəkliyi 104 metr və heyət həcmi isə 200 nəfərdir.



Әlaqәli Xәbәrlәr