Sənaye istehsalı indeksində artım qeydə alınıb

Türkiyənin Sənaye istehsalı indeksi sentyabr ayında illik  hesaba  görə 8,9%  artıb.

1733076
Sənaye istehsalı indeksində artım qeydə alınıb

Türkiyə Dövlət Statistika Komitəsi (TÜİK) sentyabr ayı üzrə sənaye istehsalı indeksini açıqlayıb. Komitənin  hesabatına  görə təqvim təsirlərindən təmizlənmiş sənaye istehsalı sentyabr ayında 2020-ci  ilin müvafiq  dövrünə müqayisədə 8,9%  artıb. Sənayenin alt sektorları təhlil edildikdə, mədənçıxarma və karxanaçılıq sektoru indeksində 7,9%, emal sənayesi sektoru indeksində 9,7%, elektrik enerjisi, qaz, buxar və kondisioner istehsalı və paylama sektoru indeksində isə 1%  artım qeydə   alınıb. 



Әlaqәli Xәbәrlәr