Türkiyədən 83 ölkəyə çiçək ixracı reallaşıb

Bəzək bitkiləri və məhsulları sektoru yeni növ koronavirus (Covid-19) epidemiyası zamanı ixracını artıran sektorlar arasında  yer alıb.

1725743
Türkiyədən 83 ölkəyə çiçək ixracı reallaşıb

Türkiyədən 83 ölkəyə 125 milyon dollarlıq çiçək ixracı reallaşıb.

Bəzək bitkiləri və məhsulları sektoru yeni növ koronavirus (Covid-19) epidemiyası zamanı ixracını artıran sektorlar arasında  yer alıb.

65 faizi Antalyadan olmaqla İzmir, Sakarya, İsparta və müxtəlif şəhərlərdə yetişdirilən çiçəklərə xaricdə böyük tələbat olub.

Bəzək Bitkiləri və Məhsulları İxracatçıları Birliyinin sədri İsmail Yılmaz epidemiyaya baxmayaraq sənayenin inkişaf etdiyini bildirib.

Daha əvvəl cari il üçün 115 milyon dollarlıq ixrac hədəfi təyin etdiklərini ifadən edən İ. Yılmaz "Bu günə olan ixracımız 125 milyon dollar civarında olub. Düşünürəm ki, ilin sonuna qədər 150 milyon dolları keçəcəyik. Bu, ixracımızda 50-55% artım deməkdir" deyib.

Xüsusilə Avropadan böyük marağın olduğunu qeyd edən İsmayıl Yılmaz aralarında Hollandiya, İngiltərə, Almaniya, Özbəkistan, Rumıniya və Bolqarıstan olmaqla 83 ölkəyə çiçək göndərdiklərini söyləyib.

Yılmaz qeyd edib ki, epidemiya dövründə həm ixrac edilən ölkələrin sayı, həm də məbləğ artıb.



Әlaqәli Xәbәrlәr