"Türkiyənin 2021-ci ili 9 faiz böyümə ilə başa vuracağını nəzərdə tuturuq", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi səfərdə olduğu Anqolada Türkiyə-Anqola İş Forumunda eçıxış edib.

1721418
"Türkiyənin 2021-ci ili 9 faiz böyümə ilə başa vuracağını nəzərdə tuturuq", R.T. Ərdoğan

"Türkiyənin 2021-ci ili 9 faiz böyümə ilə başa vuracağını nəzərdə tuturuq".
Bunu Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi səfərdə olduğu Anqolada Türkiyə-Anqola İş Forumunda etdiyi çıxışda deyib. 

Türkiyə-Anqola əlaqələrini layiq olduqları səviyyəyə gətirməyə böyük əhəmiyyət verdiklərini vurğulayan Ərdoğan deyib:

"Anqolada keçirdiyimiz danışıqlarda iqtisadi və ticari əlaqələri müzakirə etdik. İkitərəfli ticarətimizi 500 milyon dollara çatdırmaq qərarına gəldik. Ölkəmizin güclü sağlamlıq infrastrukturundan faydalanan afrikalı qonaqlarımızın sayı xeyli artmışdır".

G-20 üzvü olan Türkiyə ilə Afrikanın yüksələn ulduzu Anqolanın münasibətlərini inkişaf etdirməkdə gecikməsinin təəssüf doğurduğunu ifadə edən Ərdoğan qarşılıqlı səfərlərlə tarixi addım atdıqlarını söyləyib.

Çıxışında Türkiyə iqtisadiyyatındakı inkişafa da toxunan Ərdoğan "2021-ci ili 9 faizlik böyümə ilə tamamlayacağımıza ümid edirəm" ifadələrindən istifadə edib.



Әlaqәli Xәbәrlәr