Limon ixracında rekord artım

Türkiyənin ötən ilin yanvar-sentyabr dövründə 124 milyon dollar olan limon ixracı, cari ilin müvafiq dövründə 184 milyon dollara yüksəlib.

1717904
Limon ixracında rekord artım

Egey İxracatçı Birliyinin (AİB) hesabatına görə keçən il 60 -dan çox ölkəyə ixrac edilən limondan 273 milyon 806 min dollar gəlir əldə edilib. Bu il məhsulun artması ixraca da əks etdi. Keçən ilin yanvar-sentyabr dövründə 124 milyon 20 min dollar olan limon ixracı, bu ilin 9 ayında 48% artaraq 184 milyon 49 min dollara yüksəlib. Sözügedən məhsulun ən çox ixrac edildiyi ölkələr arasında Rusiya birinci(48 milyon 316 min dollarla), İraq( 43 milyon 650 min dollarla) ikinci sırada iştirak edərkən bu ölkəni 18 milyon 516 min dollarla Rumıniya izləyib.


Etiketlәr: #Rusiya , #Limon ixracı

Әlaqәli Xәbәrlәr