Avtomobil istehsalında artım qeydə alınıb

Türkiyənin avtomobil istehsalı, ilin 9 ayında 2020-ci ilin müvafiq  dövrünə  müqayisədə  8% artaraq 922 min ədədə çatıb.

1717744
Avtomobil istehsalında artım qeydə alınıb

Bu barədə Avtomobil Sənayesi Birliyinin (OSD yanvar-sentyabr dövrünə  dair  istehsal və ixracat hesabatında məlumat  verilib. 

Hesabata   görə  ilin ilk 9 ayında ümumi avtomobil istehsalı 2020 -ci ilin müvafiq  dövrünə  müqayisədə  8% artaraq 921 min 619 ədədə çatıb.  Bildirilir ki,  Yanvar-sentyabr dövründə ticarət avtomobilləri istehsalında  26% artım  olarkən,  Ağır ticari avtomobil istehsalı 38%, yüngül ticari avtomobil  istehsalı  25% artıb.  Beləcə  ümumi ticari avtomobil istehsalı 9 ayda 350 min 511 ədədə yüksəlib. Bu da ticarət avtomobilləri bazarının 23%, yüngül ticari avtomobillər bazarının 18% ağır ticarət avtomobilləri bazarının isə 63% artdığını  göstərir.



Әlaqәli Xәbәrlәr