Prezident Ərdoğan: "Elektirik enerjisi ilə işləyən milli lokomotivin istehsalına başlayacağıq"

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbul Atatürk Hava Limanındakı 12. Nəqliyyat və Kommunikasiya Şurasında çıxış edib.

1716815
Prezident Ərdoğan: "Elektirik enerjisi ilə işləyən milli lokomotivin istehsalına başlayacağıq"

"Gələcək il elektirik enerjisi ilə işləyən milli lokomotivin istehsalına başlayacağıq".

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan İstanbul Atatürk Hava Limanındakı 12. Nəqliyyat və Kommunikasiya Şurasında etdiyi çıxışda deyib.

Türkiyə olaraq son 19 ildə nəqliyyat və rabitəyə 1 trilyon lirə sərmayə qoyduqlarını vurğulayan Ərdoğan dəmir yolu yatırımlarının da üstünlük verdikləri bir sahə olduğunu ifadə edib.

Ərdoğan “12 min 803 kilometrlik dəmir yolu şəbəkəmizi tamamilə yenilədik. Mövcud xətlərdə siqnalizasiya işlərində əhəmiyyətli irəliləyiş əldə etmişik. Ölkəmizdə ilk dəfə olaraq sürətli qatar xətləri çəkərək istifadəyə verdik. 3500 kilometr uzunluğunda yeni dəmir yolu xətlərimizin inşası hələ də davam edir" deyib.

Elektirik enerjisi ilə işləyən milli qatar dəstini də hazırladıqlarını ifadə edən Ərdoğan “Gələn ildən elektrik enerjisi ilə işləyən milli lokomotivimizin istehsalına başlayacağıq. Metroda, şəhərətrafı ərazilərdə və tramvaylarda istehsal edə biləcək səviyyəsindəyik” deyə vurğulayıb.

Dövlət başçısı ölkədəki hava limanlarının sayını 26-dan 56-ya çıxardıqlarını qeyd edərək "Təxminən 3 ildir xidmətdə olan İstanbul Hava Limanımız, dünyanın ən yaxşı hava limanları arasında ikinci, Avropanın ən işlək hava limanları siyahısında birinci yerdədir" deyib.

Ölkənin xarici ticarətində dəniz nəqliyyatının payını 4 dəfə artırdıqlarını vurğulayan Ərdoğan gəmiqayırma sektorunda və yaxta istehsalında dar ölkə olaraq əhəmiyyətli bir yerə gəldiklərinin vurğulayıb.

Telekommunikasiya sahəsində də nəhəng addımlar atdıqlarını qeyd edən Ərdoğan “Genişzolaqlı internetdən fiber xətlərinə qədər bütün rabitə sahələrində qurumlarımıza və insanlarımıza təqdim etdiyimiz xidmət standartını yüksəldirik. Gələcək texnologiyalarda, xüsusən də 5G-də gələcəyin texnologiyalarında millilik və yerli olma nisbətini artırmağa çalışırıq. Zamanla yanacağa qədər hər cəhətdən üstünlük və qənaət təmin edən ağıllı nəqliyyat sistemlərini tətbiq etmək əzmindəyik" deyib.



Әlaqәli Xәbәrlәr