Ən çox ixrac reallaşdıran şirkətlərin təxminən yarısı İstanbuldandır

Keçən il ən çox ixrac reallaşdıran min şirkət arasında İstanbul 426 şirkətlə birinci yeri tutub.

1707834
Ən çox ixrac reallaşdıran şirkətlərin təxminən yarısı İstanbuldandır

Keçən il ən çox ixrac reallaşdıran min şirkət arasında İstanbul 426 şirkətlə birinci yeri tutub.

Türkiyə İxracatçılar Məclisi (TİM) tərəfindən hazırlanan "Türkiyənin Ən Yaxşı Min İxracatçıları 2020 Prestij Kitabından" əldə edilən məlumatlara görə, ötən il ilk minlikdə olan şirkətlərin ümumi ixracı 92,6 milyard dollar olub.

İlk min şirkətin ümumi ixracdakı payı 54,6 faiz təşkil edib. 

50 vilayətdən şirkətlərin yer aldığı siyahıda İstanbul 426 şirkətlə birinci yeri alıb. İstanbulu 80 şirkətlə İzmir, 73 şirkətlə Gaziantep, 61 şirkətlə Bursa, 59 şirkətlə Kocaeli və 49 şirkətlə Ankara izləyib.

"Ford Automotive" keçən il ən çox ixrac edən şirkətlər arasında 4,9 milyard dollar ilə birinci yeri tutub. "Toyota" 3,6 milyard dollar, "Oyak-Renault" isə 2,3 milyard dollarlıq ixrac reallaşdırıblar.



Әlaqәli Xәbәrlәr