Qızılbalıq ixracında rekord artım

Türkiyədən, 2021-ci ilin yanvar-avqust tarixləri arasında Rusiya, Vyetnam və Yaponiya başda olmaqla 20 ölkəyə Qara dəniz qızılbalığı ixrac edilib.

1703931
Qızılbalıq ixracında rekord artım

Şərqi Qaradəniz İxracatçılar Birliyinin (DKİB) açıqladığı hesabata görə ilin 8 ayında 18 min 242 ton Qara dəniz qızılbalığı ixracından 102 milyon 647 min 711 dollar gəlir əldə edildi. Bu rəqəmə görə Qara dəniz qızılbalığı ixracı, ötən ilin müvafiq dövrünə müqayisədə 275% artıb. Sözügedən dövrdə Rusiyaya 84 milyon 573 min 477 dollarlıq (14,8 ton) Qara dəniz qızılbalığı satılıb. Bu ölkəni 8 milyon 858 min 875 dollarlıq ixrac ilə Vyetnam, 3 milyon 136 min 795 dollarla Yaponiya izləyib.

 



Әlaqәli Xәbәrlәr