Türkiyə avtomobil sektoru tarixinin ən yüksək avqust ayı ixracatı

Türkiyə ixracatının 15 ildir sektor əsaslı birincisi olan avtomobil sənayesi 2021-ci ilin avqust ayında 2,4 milyard dollarlıq satış əldə etdi

1702896
Türkiyə avtomobil sektoru tarixinin ən yüksək avqust ayı ixracatı

 

  Türkiyə avtomobil sektoru minik maşınına olan xarici tələbatın artmasıyla tarixinin ən yüksək avqust ayı ixracatını reallaşdırdı.

  Türkiyə ixracatının 15 ildir sektor əsaslı birincisi olan avtomobil sənayesi 2021-ci ilin avqust ayında 2,4 milyard dollarlıq satış əldə etdi. Belə ki, avtomobil sənayesi avqust ayında keçən ilin eyni dövrülə müqayisədə 57 faiz artaraq ixracatdan 12,8 pay aldı.

1) Avqust ayında ən çox ixracat 23 faiz artım və 311,2 milyon dollarla Almaniyaya edilib.

2) Ondan sonra gələn Birləşmiş Krallığa ixracat 211 faiz artımla 297,4 milyon dollar olaraq qeydlərə düşüb.

3) 76 faiz artım və 260 milyon dollarlıq ixracatla Fransa,

4) 174 faiz artım və 185,6 milyon dollarlıq xarici satışla Slovakiya,

5) 53 faiz artım və 179 milyon dollarlıq ixracatla isə İtaliya gəlir.



Әlaqәli Xәbәrlәr