Avqust ayında Türkiyənin bu ölkəyə ixrac həcmində rekord vurulub

Türkiyənin Avqust ayında başda bu ölkeye olmaqla ümumi ixrac həcmi rekord seviyyədə artıb.

1703216
Avqust ayında Türkiyənin bu ölkəyə ixrac həcmində rekord vurulub

Türkiyə İxracatçılar Assambleyasının hesabatına görə Türkiyənin ixrac həcmi avqust ayında ötən ilin müvafiq dövrünə müqayisədə 51,8 artaraq 18 milyard 912 milyon 314 min dollara çatıb. Bunun 807,1 milyon dolları İspaniyaya reallaşdırılıb ki, bun da ötən ilin müvafiq dövrünə bu ölkəyə ixrac həcminin 45,7% artdığını göstərir. Avqst ayında İspaniya Türkiyənin ən çox məhsul satdığı ölkələr arasında 4 -cü sırada iştirak edib. ilk üç sırada qərarlaşan ölkələr isə sırası ilə Almaniya(1 milyard 453 milyon 959 min dollar), İngiltərə (1 milyard 160 milyon 893 min dollar) ABŞ(1 milyard 127 milyon 870 min dollar) olub.

Hesabatda bildirilib ki, Avqust ayında İspaniyaya ixrac edilən məhsullar arasında hazır geyim(248 milyon 852 min dollar) ilk sırada qərarlaşıb. Bunu 248 milyon 852 min dollarla polad sektoru, 97 milyon 478 min dollarla avtomobil sənayesi, 65 milyon 736 min dollarla kimya və məhsulları sektorları izləyib.



Әlaqәli Xәbәrlәr