Toyota Motors 27 istehsal xəttini dayandırır

Yaponiyanın avtomobil istehsalçısı Toyota Motors, qlobal yarım keçirici çip tədarükü problemləri səbəbiylə sentyabr ayında ölkə daxilində 27 istehsal xəttini 3 həftə müddətinə dayandıracaq.

1694464
Toyota Motors 27 istehsal xəttini dayandırır

Dünyada smartfon, planşet və 5G şəbəkə avadanlıqları, oyun konsolları istehsalçılarının çiplərə tələblərinin artması qolobal seviyyədə avtomobil istehsalçılarının çip tədarükünü çətinləşdirib.

Toyota -dan yayılan açıqlamada, şirkət çip tədarük problemi səbəbiylə ölkədəki 14 fabrikdə 27 istehsal xəttini müvəqqəti olaraq dayandıracağı, tətbiqin əvvəllər elan edilən aylıq istehsal nisbətlərin 40% azalmasına səbəb olacağı qeyd edilib. 3 həftəlik dayandırmanın Yaris kompakt, Prius hibrid və RAV4 modellərinə təsir edəcəyi vurğulanıb.

Digər tərəfdən, şirkət Tayland və Vyetnam da daxil olmaqla Cənubi Asiya ölkələrindəki istehsal müəssisələrində yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən ehtiyat hissələri çatışmazlığı olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr