Türkiyə iqtisadiyyatında etimad indeksi artıb

İqtisadi etimad indeksi iyul ayında 2.3% artaraq 100.1 səviyyəsinə yüksəlib.

1682222
Türkiyə iqtisadiyyatında etimad indeksi artıb

Türkiyə Respublikasının Dövlət Statistika Komitəsinin açıqladığı  iyul ayı iqtisadi etimad indeksi hesabatına görə indeks iyun ayında 97.8% ikən, iyulda 2.3% artaraq 100.1 səviyyəsinə yüksəlib.

İqtisadi etimad indeksindəki artımda istehlakçı, real sektor (istehsal sənayesi), xidmət, pərakəndə ticarət və inşaat sektorundakı etimad indekslərində artımlar təsirli olub. İyul ayında real sektör (istehsal sənayesi) etimad indeksi aylıq 2,1% artaraq 112,1%-ə xidmət etimad indeksi 5,8% artaraq 114,8%-ə, pərakəndə ticarət etimad indeksi 3,7% artaraq 109,6%, inşaat sektoru güvən indeksi 4,7 faiz artaraq 86,3 -ə yüksəlib.



Әlaqәli Xәbәrlәr