“ABŞ büdcə kəsrini bağlamaq üçün dollar basır və …” V.Putin

Rusiya səlahiyyətliləri ilə video-konfrans yolu ilə reallaşdırdığı yığıncaqda ölkə iqtisadiyyatındakı aktual mövzuları qiymətləndirən V.Putin deyib...

1681121
“ABŞ büdcə kəsrini bağlamaq üçün dollar basır və …” V.Putin

 

  Rusiya prezidenti Vladimir Putin Amerika Birləşmiş Ştatlarının büdcə kəsrini bağlamaq üçün dollar basmasının bütün qlobal iqtisadiyyata təsir etdiyini söylədi.

  Rusiya səlahiyyətliləri ilə video-konfrans yolu ilə reallaşdırdığı yığıncaqda ölkə iqtisadiyyatındakı aktual mövzuları qiymətləndirən V.Putin deyib: “ABŞ-da inflyasiya 5 faizi keçib. İki ildir ki, ölkədə 15 faizlik büdcə kəsri var. Bəs bu büdcə kəsrini necə bağlayırlar? - Pul basaraq. Bu da inflyasiyaya səbəb olur. ABŞ iqtisadiyyatının və dolların ehtiyat pul olaraq əhəmiyyətini nəzərə alsaq, Amerikanın büdcə kəsrini bağlamaq üçün dollar basması bütün qlobal iqtisadiyyata təsir edir.

  Qlobal iqtisadiyyatdakı daralmanın bütövlükdə davam etdiyini görürük və bu müddət inflyasiya riskləriylə paralel gedir.

  Rusiyadakı inflyasiya böyük səviyyədə olmasa da, yenə düşündüyümüzdən artıqdır. Hər sahədə inflyasiyaya qarşı addımlar atılacaq.

  Rusiya iqtisadiyyatının yeni tip koronavirus (Covid-19) epidemiyası təsirlərindən də xilas olması ilə bağlı müşavirələr keçirilməlidir”.



Әlaqәli Xәbәrlәr