İqtisadi güvən indeksində artım qeydə alınıb

İqtisadi güvən indeksi iyun ayında 5,6% artaraq 97,8 səviyyəsinə yüksəlib.

1666644
İqtisadi güvən indeksində artım qeydə alınıb

Türkiyə Dövlət Statistika Komitəsinin İyun ayına dair hazırladığı iqtisadi güvən indeksi hesabatına görə indeks may ayında 92.6 olarkən, iyun ayında 5.6% artaraq 97.8%-ə yüksəlib. İqtisadi güvən indeksindəki artım istehlakçı, real sektor (istehsal sənayesi), xidmət, pərakəndə ticarət və inşaat sektorundakı etimad indekslərindəki artımlardan qaynaqlanıb.

İstehlakçı güvən indeksi may ayında bir əvvəlki aya müqayisədə 5,8% artaraq 81,7-yə, real sektor güvən indeksi 2,5% artımla 109,8-ə, xidmət sektoru indeksi 6,2% artaraq 108,5-ə, pərakəndə ticarət güvən indeksi 4,8% artaraq 105,7-yə, inşaat sektoru güvən indeksi 3,6% artaraq 82,4-ə yüksəlib.



Әlaqәli Xәbәrlәr