Rusiya Türkiyəyə bütün uçuşları iyunun 22-dən bərpa edir

Rusiya 22 iyundan etibarən Türkiyə ilə aviauçuşları bərpa etdiyini açıqladı.

1660965
Rusiya Türkiyəyə bütün uçuşları iyunun 22-dən bərpa edir

Rusiya 22 iyundan etibarən Türkiyə ilə aviauçuşları bərpa etdiyini açıqladı. 

Rusiyanın baş nazirinin köməkçisi Tatyana Qolikova həmin mövzuyla bağlı açıqlama verib. 

O açıqlamasında bildirib ki, qərar bu ölkəyə səfər edən rusiyalı yoxlama qrupunun rəyi əsasında verilib. Türkiyədə xidmətlər sektorundakı personalın vaksin olunması da təşkil edilib. Otel işçiləri arasında peyvənd olunanların nisbəti 60-90% arasında dəyişir.

Qlikova Türkiyə ilə yanaşı ABŞ, Belçika, Bolqarıstan, İordaniya, İrlandiya və İtaliya ilə də uçuşların bərpa edilməsi qərarına gəlindiyini qeyd edib.

Xatırladaq ki, Rusiya 15 apreldə qəbul etdiyi qərarla Türkiyə ilə uçuşları məhdud etmişdi. Rusiyadan bir nümayəndə heyəti 16-17 iyun tarixlərində Antalyanı ziyarət edərək səlahiyyətlilərdən "Covid-19" epidemiyasına qarşı görülən tədbirlər barədə məlumat almışdı.

 



Әlaqәli Xәbәrlәr