Ticarət naziri Mehmet Muş Macarıstanda bir sıra görüşlər keçirir

Ticarət naziri Mehmet Muş Macarıstanın Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasındakı Gömrük Birliyinin yenilənməsinə verdiyi dəstəyinin mühüm olduğunu söyləyib.

1660874
Ticarət naziri Mehmet Muş Macarıstanda bir sıra görüşlər keçirir

Ticarət naziri Mehmet Muş Macarıstanın Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasındakı Gömrük Birliyinin yenilənməsinə verdiyi dəstəyinin mühüm olduğunu söyləyib.

Rəsmi səfər çərçivəsində Budapeştdə olan nazir Macarıstanın Xarici işlər və xarici ticarət Naziri Peter Szijjarto ilə birgə mətbuat konfransı təşkil edib.
Ticarət naziri Mehmet Muş iki ölkə arasındakı ticari əlaqələrin son zamanlarda sürət qazandığını qeyd edərək, "2001-ci ildə yalnız 350 milyon dollar olan ikitərəfli ticarət həcmi, 2020-ci ilin sonunda 3 milyard dollara yaxınlaşdı" deyib.

2002 - 2021 - ci illər arasında cəmi 91 milyon dollarlıq Türk sərmayəsinin Macarıstana çatdığına diqqət çəkən Mehmet Muş Türk podratçılarının Macarıstandakı iş sayının 29-a çatdığını söyləyib.

İkitərəfli görüş zamanı Gömrük Birliyinin yenilənməsi məsələsinin də müzakirə olunduğunu söyləyən Muş Macarıstanın bu mövzuda dəstəyinin çox vacib olduğunu qeyd edərək, "Hörmətli nazir Macarıstan hökuməti adından bu mövzuda ölkəmizə dəstəklərinin davam edəcəyinə dair açıqlama verdi" deyə bildirib. 

Szijjarto isə dünya iqtisadiyyatında yeni bir dövrün başladığını və Türkiyənin dünyanın ən dinamik və sürətlə inkişaf edən iqtisadiyyatlarından biri olduğunu və Türkiyə ilə əməkdaşlığın Macarıstan iqtisadiyyatının inkişafı üçün vacib olduğunu qeyd edib.
Görüşlər zamanı Gömrük Birliyinin yenilənməsi məsələsinin də müzakirə olunduğunu deyən Szijjarto hökumətinin Türkiyə ilə Aİ arasındakı əməkdaşlığın mümkün qədər güclü olmasının vacibliyini düşündüyünü, bu səbəbdən də Türkiyə ilə Gömrük Birliyinin yenilənməsini dəstəklədiklərini söyləyib.

Peter Szijjarto "Avropa İttifaqı Türkiyəyə verdiyi vədləri yerinə yetirməli və Türkiyənin Avropanın təhlükəsizliyində əsas rol oynadığı açıq şəkildə ortaya qoyulmalıdır" deyib.



Әlaqәli Xәbәrlәr