“Apple” və “Google”un tədqiqatı başlandı

İngiltərənin Rəqabət və Bazarlar Nüfuzu (CMA) yoxlama təşkilatı “Apple” və “Google” texnologiya şirkətlərinin cib telefonu bazarındakı yüksək payları ilə bağlı tədqiqata başlandığını bidlirib

1658679
“Apple” və “Google”un tədqiqatı başlandı

 

  İngiltərənin Rəqabət və Bazarlar Nüfuzu (CMA) yoxlama təşkilatı “Apple” və “Google” texnologiya şirkətlərinin cib telefonu bazarındakı yüksək payları ilə bağlı tədqiqata başlandığını bidlirib. Qurumdan verilən məlumatda yazılır: “Şirkətlərin öz sahələrində rəqabətə təsir edə biləcək bazar gücünə malik olub-olmadıqlarını araşdırmaq üçün “Apple” və “Google”un mobil ekosistemlərilə bağlı tədqiqata başladıq. Əməliyyat sistemləri “Android” ilə “İOS” və internet skanerləri “Safari” və “Chrome”un necə çalışmaları araşdırılacaq. “Apple” və “Google” ilə bağlı tədqiqatın bir ildən uzun sürməsi gözlənilir.”

  Qeyd edək ki, “Google” şirkəti “Android” ekosistemi üzərindən İngiltərədə təqribən 2,8 milyard sterlinq səviyyəsində bir gəlir mənbəyi yaratdığını və təxminən 240 min adamı işlə təmin etdiyini açıqlamışdı.



Әlaqәli Xәbәrlәr