Türkiyənin gilas istehsalı və ixracında artım

2020-ci ildə Türkiyədən 62 ölkəyə gilas ixrac edildi.

1631545
Türkiyənin gilas istehsalı və ixracında artım

Türkiyə Dövlət Statistika Komitəsinin  hesabatına  görə  keçən il ölkənin gilas istehsalı  və  ixracı   böyük nisbətdə artdı.

Hesabatda   qeyd  edilib  ki,  son 5 ildə albalı istehsal miqdarına   baxdıqda, 2016-cı ildə 599 min 650 ton olan albalı istehsalı, 2020-ci  ildə  724 min 944 tona   çatıb.  Bu  da  2016-cı ilə  müqayisədə  20,9% artdığını   göstərir.

Keçən il İzmir  (108 min 495 ton)  ən çox gilas istehsal  edilən şəhərlər arasında   iştirak  edərkən, bu  bölgəni  64 min 86 tonla Konya, 55 min 652 tonla Bursa, 50 min 934 tonla Manisa  izləyib. Gilas ixracı da keçən il  2019-cu  ilə  müqayisədə  21,7% artaraq 183 milyon 835 min dollardan 223 milyon 709 min dollara yüksəldi.

2020-ci ildə Türkiyədən Gilas  ixrac  edilən 62 ölkə  arasında Almaniya  ilk  pillədə  dayandıqda, bu  ölkəni  Rusiya  və Avstriya izlədi.  

 

 



Әlaqәli Xәbәrlәr