Liviya Prezident Şurasının sədr müavini türk şirkətlərini ölkəyə dəvət edib

Liviya Prezident Şurasının sədr müavini Abdullah əl-Lafi türk şirkətlərinin ölkəsinin yenidən qurulmasına töhfə vermək üçün ən qısa müddətdə Liviyaya qayıtmalarının vacibliyini dilə gətirib.

1625204
Liviya Prezident Şurasının sədr müavini türk şirkətlərini ölkəyə dəvət edib

Liviya Prezident Şurasının sədr müavini Abdullah əl-Lafi türk şirkətlərinin ölkəsinin yenidən qurulmasına töhfə vermək üçün ən qısa müddətdə Liviyaya qayıtmalarının vacibliyini dilə gətirib.
Liviya Prezident Şurası Mətbuat Xidmətinin açıqlamasına görə, Prezident Şurasının sədr müavini Lafi ilə Türkiyənin Liviyadakı səfiri Kənan Yılmaz paytaxt Tripolidə bir araya gəliblər.

Lafi Türkiyənin Liviyada siyasi prosesin, sülh və sabitliyin dəstəklənməsindəki rolunu tərifləyib və türk şirkətlərini ölkəsinə dəvət edib:

"Türk şirkətlərinin Liviyanın yenidən qurulmasına töhfə vermək üçün ən qısa müddətdə Liviyaya qayıtması lazımdır. Xüsusilə türk şirkətlərinin elektrik sahəsindəki təcrübəsindən faydalana bilərik".

Səfir Yılmaz da Türkiyədən nazirlərdən ibarət geniştərkibli bir heyətin müxtəlif sahələrdə iş birliyinin artırılmasını müzakirə etmək üçün yaxın zamanda Liviyaya gəlməyi planlaşdırdığını söyləyib.

İki ölkə arasındakı tarixi əlaqələrə və əlaqələrdəki dərinliyə diqqət çəkən Yılmaz Türkiyənin Liviyada milli barışığı dəstəkləməyə hazır olduqlarını dilə gətirib.

Xatırladaq ki, Liviyanın Baş naziri Əbdül Həmid Dibeybe 12 apreldə müşayiətində 5 baş nazir müavini, 14 nazir və Baş Qərargah rəisindən ibarət heyətlə Türkiyəyə gəlmişdi.

Prezidenti Rəcəb Tayyib Ərdoğan və Liviya Milli Birlik Hökumətinin Baş nazir Əbdülhəmid Dibeybenin iştirakı ilə iki ölkə arasında 5 müqavilə imzalanmışdı.



Әlaqәli Xәbәrlәr