Türkiyidən 80 ölkəyə Püstə ixrac edildi

Cənub-şərq Anadolu İxracatçılar Birliyi ilin ilk üç ayında reallaşan püstə ixracına dair hazırladığı hesabatı açıqlayıb.

1621871
Türkiyidən 80 ölkəyə Püstə ixrac edildi

Birliyin hesabatına görə keçən ilin yanvar-mart dövründə püstə ixracından 21 milyon 288 min dollar gəlir əldə edilərkən cari ilin müvafiq dövründə 73% artım ilə 36 milyon 845 min dollarlıq məhsul ixrac edilib. Hesabatda bildirilib ki, cari ilin ilk üç ayında İtaliya, Almaniya, İsrail, Hollandiya, Əl-cəzair, Malayziya, Yaponiya, Mərakeş, Oman, Dubay, Belçika, İspaniya, Avstriya və Rusiya başda olmaqla 80 ölkəyə ümumilikdə 3394 ton püstə ixrac edilib. Məhsulun ən çox satıldığı ölkələr arasında 661 ton ilə İtaliya ilk sırada iştirak edərkən bu ölkəni 629 ton ilə Almaniya, 254 min tonla İsrail izləyib.



Әlaqәli Xәbәrlәr