Türkiyə külək enerji sərmayələriylə Avropada ilk beşlikdə

“Wind Europe” tərəfindən hazırlanan “Külək enerjisinə dair maliyyə və sərmayə” hesabatına görə...

1620573
Türkiyə külək enerji sərmayələriylə Avropada ilk beşlikdə

 

  Türkiyə yer külək enerji sərmayələriylə 2020-ci ildə Avropada ən çox investisiya qoyan ölkələr siyahısında ilk beşlikdə yer alıb.

  “Wind Europe” tərəfindən hazırlanan “Külək enerjisinə dair maliyyə və sərmayə” hesabatına görə, keçən il Avropa külək enerjisi sektoruna 42,8 milyard avroluq investisiya qoyub.

  Bu dövrdə sərmayələrin 26,3 milyard avrosu dənizüstü (offshore) layihələrə istifadə edilərək 7,1 qiqavat “offshore” külək enerji qurğularının düzəldilməsi üçün ayrılıb.

  Yer külək enerji sektoruna qoyulan sərmayə məbləği 2020-ci ildə 16,5 milyard avroya çatıb. Sözügedən investisiya 12,5 qiqavat həcmli yer külək stansiyalarının yaradılmasına sərf edilib.

  Yer və dənizüstü layihələrin ümumi sərmayə sıralamasında 13,5 milyard avro ilə Birləşmiş Krallıq ötən ili lider olaraq tamamlayıb. Hollandiya 7,9 milyard avro sərmayə ilə ikinci, Almaniya 2,2 milyard avro sərmayə ilə üçüncü, Fransa isə 1,8 milyard sərmayə ilə dördüncü olub. Türkiyə isə bir milyard avro ilə 2020-ci ildə 5-ci sıradadır.  



Әlaqәli Xәbәrlәr