Türkiyə Krım tatarları üçün 500 yaşayış binası tikəcək

Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murad Kurum “twitter” hesabından etdiyi paylaşmada bildirib

1618835
Türkiyə Krım tatarları üçün 500 yaşayış binası tikəcək

 

  Türkiyə Krım tatarları üçün Ukraynanın Kiyev, Mikolayiv və Kerson şəhərlərində 500 yaşayış binası tikəcək.

  Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murad Kurum “twitter” hesabından etdiyi paylaşmada bildirib: “Ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Ukrayna prezidenti Vladimir Zelenski aprelin 10-da Türkiyədə rəsmi səfərdə olub. Prezidentlər və heyətləri Türkiyə-Ukrayna Yüksək Səviyyəli Strateji Şura Yığıncağında iştirak ediblər.

  Ukrayna baş nazirinin müavini Oleksiy Reznikov ilə “Krım tatar xalqı nümayəndələri və Ukrayna vətəndaşları üçün yaşayış binası tikintisi sahəsində əməkdaşlığa dair razılaşma" imzalanıb.

  Ana vətənlərini tərk etmək məcburiyyətində qalan Krım tatarları üçün yaşayış binaları layihələrilə bağlı ilk konkret addım Kiyev, Mikolayiv və Kerson şəhərlərində Kütləvi Bina İdarəsi Departamenti (Toplu Konut İdaresi Başkanlığı - TOKİ) tərəfindən atılaraq 500 ilə başlayacaq. Həyata keçirəcəyimiz layihənin ölkələrimiz arasında ətraf mühit və şəhərsalma sahəsində yeni addımların atılmasına töhfə verməsini və birlikdə icra edəcəyimiz işin Türkiyə-Ukrayna dostluğuna xeyirli olmasını diləyirəm."

  Türkiyə naziri paylaşmasında toplantıdan çəkilən fotoşəkillərə də yer verib. 



Әlaqәli Xәbәrlәr