Türkiyənin ticarət naziri D-8 ölkələrinə səsləndi

Onlayn təşkil edilən 10-cu D-8 Dakka Zirvə Toplantısında çıxış edən R.Pekcan deyib...

1615159
Türkiyənin ticarət naziri D-8 ölkələrinə səsləndi

 

  Türkiyənin ticarət naziri Ruhsar Pekcan D-8 ölkələrinin (Türkiyə, Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya və Pakistan) rəqəmsal iqtisadiyyat, rəqəmsallaşma və e-ticarət kimi mühüm sahələrdə əməkdaşlıq etməli olduğunu bildirib.

  Onlayn təşkil edilən 10-cu D-8 Dakka Zirvə Toplantısında çıxış edən R.Pekcan deyib: "Türkiyə hər cür yenilikçi sahələrdə D-8 ilə ortaq işlər görməyə hazırdır. Ortaq iqtisadi, tarixi, ictimai və mədəni xüsusiyyətlərə malik ölkələr kimi birlikdə inkişaf etdirəcək iqtisadi sinerjimiz var. D-8 və İqtisadi Əməkdaşlıq Təşkilatında mühüm yer tutmaq üçün bu iqtisadi sinerjinin yaradılması çox mühümdür.

  Yeni tip koronavirus (Covid-19) epidemiyasının mənfi təsirləri qarşısında ölkələrin uyğunlaşma içində hərəkət etməsi və qaynaqlarını bir hovuzda toplaması da hər zamankından daha vacibdir. Peyvəndlərin uyğun xərclərlə istisnasız olaraq hər ölkəyə paylanmasının təmin edilməsi üçün bütün cəhdləri dəstəkləyirik."



Әlaqәli Xәbәrlәr