Türkiyədən ən yaxşı ilk rüb ixracat performansı

Türkiyə Ticarət Nazirliyi və Türkiyə İxracatçılar Məclisi məlumatlarına görə

1614489
Türkiyədən ən yaxşı ilk rüb ixracat performansı

 

  Türkiyə 2021-ci ilin yanvar-fevral-mart dövründə qonşuları İran, Yunanıstan, İraq, Gürcüstan, Suriya və Bolqarıstana 4 milyard 327 milyon 858 min dollarlıq ixracat edib.

  Türkiyə Ticarət Nazirliyi və Türkiyə İxracatçılar Məclisi məlumatlarına görə, bu ilin ilk rübündə ölkə xaricinə satışın məbləği 50 milyard dollar olaraq qeydiyyata düşüb. Bu, ən yaxşı ilk rüb ixracat performansı sayılır.

  Sözügedən ölkələrə edilən ixracat keçən ilin eyni dövrülə müqayisədə 21 faiz artım göstərib.

  3 aylıq dövrdə ən çox ixracat 1 milyard 875 milyon 111 min dollarla İraqa edilib. Daha sonrakı sıralarda 766 milyon 300 min dollarla Bolqarıstan, 589 milyon 26 min dollarla Yunanıstan, 481 milyon dollarla İran, 324 milyon 536 min dollarla Suriya və 291 milyon 884 min dollarla Gürcüstan gəlir.

  Türkiyənin 3 ayda qonşularına etdiyi ixracatın sektorlara görə paylaşımında kimyəvi maddə və məmulatlar ilk sırada yer alır.



Әlaqәli Xәbәrlәr