Türkiyənin ilk Yataqlı Lüks Qatar Dövrü layihəsinin imzaları atıldı

“HİS Global” 70-dən çox ölkədə 500-dən çox ofisi olan, dünyanın ən yaxşı 10 səyahət operatorundan biridir

1613711
Türkiyənin ilk Yataqlı Lüks Qatar Dövrü layihəsinin imzaları atıldı

 

Türkiyənin ilk Yataqlı Lüks Qatar Dövrü layihəsinin imzaları atıldı

  Türkiyənin ilk Yataqlı Lüks Qatar Dövrü layihəsi Prezident Aparatının (Cumhubaşkanlığı) Sərmayə Şöbəsi vasitəsilə Yaponiyada olan “HİS Türkiyə” və “Sun Group” arasında imzalanan müqaviləyə əsasən Kapadokya ekspres qatarı ilə başlayacaq.

  Mərkəzi Yaponiyada olan “HİS Global” 70-dən çox ölkədə 500-dən çox ofisi olan, dünyanın ən yaxşı 10 səyahət operatorundan biridir.

  Layihə çərçivəsində səfər ilkin mərhələdə İstanbul-Kapadokya arasında olacaq. Daha sonra ölkənin hər tərəfini əhatə edəcək bir turizm dəmiryolu xəttinin çəkilməsi planlaşdırılır. Məqsəd ildə 200 min turisti qəbul və məmnun etməkdir.

  Kapadokya ekspres qatarı ilə başlayacaq layihədə vaqonlar yataqlı və hər bir küpe 5 ulduzlu otel standartlarına uyğun olacaq.



Әlaqәli Xәbәrlәr