“Əlaqələrimizin gələcəyinə də sərmayə qoyuruq”, R.Pekcan

Türkiyənin ticarət naziri Ruhsar Pekcan Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı sərmayələrin artırılması ilə bağlı Bakıda rəsmi səfərdədir

1613788
“Əlaqələrimizin gələcəyinə də sərmayə qoyuruq”, R.Pekcan
Ruhsar Pekcan ve Mikayıl Cabbarov.jpg

 

  Türkiyənin ticarət naziri Ruhsar Pekcan Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı sərmayələrin artırılması və Sərbəst Ticarət Müqaviləsi ilə 15 milyard dollarlıq ticarət həcmi hədəfinə daha çox yaxınlaşacaqlarını söylədi.

  Azərbaycanda səfərdə olan Türkiyə naziri əvvəlcə mərhum ölkə başçısı Heydər Əliyevin qəbrinə baş çəkərək əklil qoyub. Daha sonra Şəhidlər Xiyabanında Əbədi Atəş abidəsi önünə əklil qoyaraq Bakı Türk Şəhidliyini ziyarət edib, dualar oxuyub.

  Mətbuat konfransında Ruhzar Pekcan 1 apreldən etibarən Türkiyə və Azərbaycan arasında şəxsiyyət vəsiqələri ilə gediş-gəlişin başlandığından məmnuniyyət duyduğunu dilə gətirib.

  Martda Seçimli Ticarət Müqaviləsinin qüvvəyə mindiyini xatırladan nazir iki ölkə arasında imzalanan Sadələşdirilmiş Gömrük Anlaşması Memorandumunun isə 15 apreldən qüvvəyə minəcəyini söyləyib.

  Azərbaycanın doğma Dağlıq Qarabağ torpağında meydanda və masada qazandığı uğurun Türkiyənin də müvəffəqiyyəti olduğunu vurğulayan R.Pekcan deyib: "İşğal altından qurtarılan bölgələrin yenidən inşası və qurulması ilə bağlı Türkiyə həm dövlət təşkilatları, həm də özəl sektörü ilə Azərbaycanla birlikdə xidmətə hazırdır”.

  İki ölkə başçılarının 15 milyard dollarlıq ticarət həcmi hədəfi qoyduqlarını xatırladan türkiyəli nazir bunları söyləyib: "Seçimli Ticarət Müqaviləsi qüvvəyə mindi, amma indi onun genişləndirilməsi üçün çalışırıq. Qarşılıqlı sərmayələrin artırılması və Sərbəst Ticarət Müqaviləsinin həyata keçməsiylə 15 milyard dollarlıq məqsədimizə daha çox yaxınlaşmaqdayıq."

  Türkiyənin ticarət naziri Ruhsar Pekcan və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov birlikdə dəyirmi masa arxasında Türkiyə və Azərbaycan qeyri-hökumət təşkilatları sədrləri ilə görüşüblər. Sonra R.Pekcan və M.Cabbarov Türkiyə ilə Azərbaycan arasında e-Ticarət Anlaşması Memorandumunu imzalayıblar.

  Memorandumun əhəmiyyətinə toxunan Pekcan deyib: "E-Ticarət kimi yenilikçi sahələr üzərində çalışaraq əlaqələrimizin gələcəyinə də sərmayə qoyuruq. Bizim məqsədimiz bu memorandumu rəqəmsal iqtisadi ortaqlıq müqaviləsi halına gətirməkdir və bu istiqamətdə də işlər görülür”.



Әlaqәli Xәbәrlәr