Pakistanla Türkiyə arasında 33.46 milyon dollar dəyərində müqavilə imzalandı

Pakistanla Türkiyə gəmi şirkəti arasında 33.46 milyon dollar dəyərində müqavilə imzalanıb.

1611122
Pakistanla Türkiyə arasında 33.46 milyon dollar dəyərində müqavilə imzalandı

Pakistan Dənizçilik Nazirliyindən bu barədə məlumat yayılıb. Bildirilib ki, Pakistanın paytaxtı İslamabadda təşkil edilən imza mərasiminə Dənizçilik naziri Syed Əli Haydar Zaidi, Türkiyənin İslamabaddakı səfiri İhsan Mustafa Yurdakul, Sanmar Dənizcilik səlahiyyətliləri qatılıb. Nazirliyin şərhində razılaşmanın iki qardaş ölkə arasında atılan mühüm addım olduğuna diqqət çəkilib.

Zaidi imza mərasimində etdiyi çıxışında Sanmar Gəmiçiliyi Pakistanda gəmiqayırma zavodları qurmağa və texnologiya köçürməyə dəvət edib.

Razılaşmaya əsasən, Sanmar Gəmiçiliyi 12 ay ərzində Pakistan üçün 33.46 milyon dollar dəyərində 4 ədəd ASD yedək gəmisi və 2 pilot gəmi inşa edəcək.



Әlaqәli Xәbәrlәr