Azərbaycanda "Şəfəq-Asiman" yatağında ilk qaz-kondensat ehtiyatları aşkar olunub

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” blokunda qazılan kəşfiyyat quyusunda 7189 metr dərinlikdə kompleks tədqiqat işləri aparılıb və ilk qaz-kondensat ehtiyatları aşkar edilib.

1607735

Azərbacan Dövlət Neft Şirkətinin (SOCAR) açıqlamasına görə, yatağın ehtiyatlarını tam şəkildə müəyyən etmək məqsədilə strukturun tağı istiqamətində əlavə bir qiymətləndirici yan lülənin qazılması üçün müvafiq texniki layihələndirmə aparılacaq.

“Şəfəq-Asiman” blokunda kəşfiyyat işləri SOCAR və BP şirkətlərinin birgə layihəsi çərçivəsində həyata keçirilir. Yataq üzrə Hasilatın Pay Bölgüsü Sazişinin kəşfiyyat proqramına uyğun olaraq, qazma əməliyyatı dənizin 623 metr dərinliyində bp şirkətinin operatorluğu ilə aparılıb və SOCAR-ın törəmə şirkəti olan "Caspian Drilling Company" tərəfindən Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsi ilə yerinə yetirilib. Quyuda qazma işlərinə 11 yanvar 2020-cı il tarixində başlanılıb.

Әlaqәli Xәbәrlәr