Səudiyyə Ərəbistanının neft qurğularına PUA-larla dənizdən hücum edilib
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi xəbəri təsdiqləyib
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi martın 7-də “Aramco” şirkətinin Ras Tanura limanındakı və Dharhan ərazisindəki neft qurğular və binalar kompleksinə dənizdən PUA-larla hücum edildiyi barədə xəbəri təsdiqləyib.
SPA agentliyi xəbər verir ki, nazirlik Yəməndəki Hutsi qiyamçılarının hücumları nəticəsində insan tələfatı və neft anbarlarında zərərin olmadığını bəyan edib.
Krallığın Müdafiə Nazirliyi bazar günü 12 ədəd PUA və 2 ballistik raketin zərərsizləşdirildiyi barədə məlumat yayıb.
Səudiyyə Ərəbistanı bu hücumları qlobal iqtisadiyyata və neft bazarına qarşı təxribat adlandırıb. İslam Əməkdaşlıq Təşkilatı və Körfəz ölkələri neft komplekslərinə növbəti təxribatı qınayan bəyanatlar verib.
2019-cu ilin sentyabrında “Aramco” şirkətinin Əbqaiq neft təsislərinə və Hicrət Xuraiq yataqlarına raket hücumları nəticəsində 5,7 milyon barrel xam neftin, yaxud Səudiyyə Ərəbistanının gündəlik hasilatının 50 faizi dayandırılmışdı.