ABŞ-ın “Covid-19”la bağlı trilyon dollarlıq iqtisadi dəstək paketi

Səsvermə 11 saat 50 dəqiqəlik müddətiylə senat tarixində rekord qırıb

1596473
ABŞ-ın “Covid-19”la bağlı trilyon dollarlıq iqtisadi dəstək paketi

 

  Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin (Joe Biden) yeni tip korona virusu (Covid-19) epidemiyasının təsirlərinə qarşı tələb olunan 1,9 trilyon dollarlıq iqtisadi dəstək paketi senatda qəbul edilib.

  Sözügedən qanun layihəsi senatın ümumi iclasında 6 mart gecəsinədək sürən uzun müzakirələrdən sonra 49-a qarşı 50 səslə qəbul olunub. Səsvermə 11 saat 50 dəqiqəlik müddətiylə senat tarixində rekord qırıb.

  Qanun üzərində işlənilən tənzimləmələrlə əlaqədar yenidən Nümayəndələr Palatasına göndəriləcək, qəbul edilərsə, qüvvəyə minməsi üçün ABŞ prezidentinin imzasına təqdim olunacaq.

  Qeyd edək ki, Co Bayden hökumətinin “Covid-19”un iqtisadi təsirlərinə qarşı çalışılan və “ən böyük paket” adlandırılan qanun layihəsində adam başına 1400 dollarlıq nəğd yardımla yanaşı əyalətlərlə yerli rəhbərliklər üçün 350 milyard dollarlıq qaynaq rolunu oynayır.

  Bundan əvvəlki “həftəlik 400 dollar” işsizlik yardımının isə müzakirələrdən sonra 300 dollara endirilməsi və müddətinin 6 sentyabra qədər uzadılması nəzərdə tutulur. 



Әlaqәli Xәbәrlәr