Ərdoğan: "Azərbaycan bununla da bölgədə yeni mərhələnin qapılarını açıb"

Prezident Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) videokonfrans formatında keçirilən Zirvə toplantısındaçıxış edib.

1595124
Ərdoğan: "Azərbaycan bununla da bölgədə yeni mərhələnin qapılarını açıb"
Cumhurbaşkanı Erdoğan Ekonomik İşbirliği Teşkilatı 14. Zirvesi1.jpg
Cumhurbaşkanı Erdoğan Ekonomik İşbirliği Teşkilatı 14. Zirvesi2.jpg

Yeni növ koronavirus (Covid-19) qlobal fəlakətinə qarşı mübarizə yalnız güclü həmrəylik, regional və beynəlxalq əməkdaşlıqla qazanıla bilər.
Bunu  bu gün prezident Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) videokonfrans formatında keçirilən Zirvə toplantısında deyib. 
Ərdoğan çıxışında bu qlobal fəlakətə qarşı mübarizədə yalnız güclü həmrəylik, regional və beynəlxalq əməkdaşlıqla qalib gələ bilərik. Alınan zəruri məhdudlaşdırıcı tədbirlərin şəffaf, mütənasib və müvəqqəti keyfiyyəti şübhəsiz birgə ticarətimiz üçün uyğundur" ifadələrindən istifadə edib. 

Ərdoğan 17 ildir həyata keçirilə bilməyən İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət Sazişinin təxirə salınmadan qüvvəyə minməsinin faydalı olacağını da deyib.

"Çinin Qurşaq və Yol Təşəbbüsünü əhəmiyyətli hesab etdiyimizi və bu təşəbbüsü qazan-qazan" prinsipi ilə dəstəklədiyimizi bildirmək istərdim" deyə vurğulayan Ərdoğan "2025 Vizion Sənədində nəzərdə tutulan layihələrin maliyyələşdirilməsində istifadə ediləcək Vizion Fondunun yaradılmasını dəstəkləyirik. Azərbaycan erməni işğalı altındakı torpaqlarını dastanlara yazılacaq zəfərlə azad etdi. Azərbaycan bununla da bölgədə yeni mərhələnin qapılarını açıb. Bundan sonra prioritetimiz Qarabağda təhlükəsizlik və sabitliyin yaradılmasına kömək etmək, 30 illik işğaldan qalan dağıntıları birlikdə aradan qaldırmaqdır. Xalqın iradəsini heçə sayan antidemokratik müdaxilələri əsla qəbul etmədiyimizi və etməyəcəyimizi burada təkrarlamaq istəyirəm. İrana tətbiq olunan birtərəfli sanksiyaların sona çatması, bölgəmizin iqtisadi çiçəklənməsinə və sabitliyinə kömək edəcəkdir" deyib.

Prezident bütün üzvləri Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (ŞKTC) ilə əlaqələrini hər sahədə inkişaf etdirərək, məruz qaldığı haqsızlıqların öhdəsindən gəlməsinə kömək etməyə dəvət etmişdir.



Әlaqәli Xәbәrlәr