Vitse-prezident iqtisadi artım tempinə münasibət bildirib

Pandemiyaya baxmayaraq Türkiyədə iqtisadı artım sürəti planlaşdırıldığı kimi davam etdi. Bunu vitse-prezident Fuat Oktay deyib.

1592818
Vitse-prezident iqtisadi artım tempinə münasibət bildirib

Fuat Oktay 2020-ci ildə qeydə alınan iqtisadi artım rəqəmləri ilə əlaqəli sosial media hesabında paylaşdığı açıqlamada: “Pandemiyanın iqtisadi artım tempimizə mənfi təsir etməsinə imkan vermədik. İqtisadi artım sürətimiz G-20 ölkələri arasında Çin ilə birlikdə artmağa davam etdi. Dayanmaq yox, yola davam”.

Qeyd edək ki, 2020-ci ildə Türkiyənin Ümumi Daxili Məhsulu (GSYH) 1,8%, eyni ilin dördüncü rübündə isə əvvəlki ilin müvafiq dövrünə müqayisədə 5,9% artıb.

 



Әlaqәli Xәbәrlәr