Çinə bor daşıyacaq yük qatarı Ankaradan yola salınıb

Çinin Sian şəhərinə gedəcək yeni ixracat qatarı Ankara vağzalından yola salınıb.

1573495
Çinə bor daşıyacaq yük qatarı Ankaradan yola salınıb

Çinin Sian şəhərinə gedəcək yeni ixracat qatarı Ankara vağzalından yola salınıb.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən Türkiyə ilə Çin arasında işlədiləcək üçüncü ixrac qatarının hazırlıqları tamamlanıb. 

Türkiyədən Çinə gedəcək qatarı Enerji və Təbii Qaynaqlar naziri Fatih Dönmez və İnfrastruktur naziri Karaismailoğlu yola salıb.

42 konteynerdə daşınacaq bor, "Eti Maden İşletmeleri" Baş direktorluğu tərəfindən Çinə ixrac olunur.

Qatarın daxili səfəri Ankara-Sivas-Qars marşrutundan başlayacaq. Gürcüstan-Azərbaycan-Xəzər dənizi-Qazaxıstan yolu ilə Çinə gedəcək.

Borun Çinə səfəri 12 gün davam edəcək. Bu səfərdə 2 qitə, 2 dəniz və 5 ölkə keçiləcək. Cəmi 7 min 792 kilometr qət ediləcək.



Әlaqәli Xәbәrlәr