ABŞ birjasında GameStop qayğısı

ABŞ-da kiçik və böyük investorlar arasında GameStop səhmləri üzərində başlayan rəqabət narahatlıq doğurur.

1573548
ABŞ birjasında GameStop qayğısı

Bəzi şirkətlərin səhmləri mövzusunda peşəkar investorlara qarşı sosial media vasitəsi ilə bir araya gələn kiçik bir qrup investorun problemi birdən bazarların gündəminə əks etdi.

ABŞ-ın video oyun satıcısı GameStop-un səhmləri üzərində başlayan bu problem, bütün səhm bazarlarında narahatlıq yaratarkən, bəzi səhmlərdə qeyri-adi fəaliyyətə səbəb oldu. Ölkədəki səlahiyyətlilər bazarlardakı dəyişkənliyi yaxından izlədiklərini bildirərkən analitiklər kiçik və iri investorlar arasındakı qarşıdurmanın digər səhmlər üçün risk yarada biləcəyini irəli sürüblər. WallStreetBets adlı forum vasitəsilə təşkil olunan həvəskar investorlar GameStop səhmlərini alaraq qiymətlərini artırsalar da, qrupdakı iştirakçıların sayı gündən-günə artıb. ABŞ milyarderi “Elon Musk” 26 yanvarda Twitter-də "Gamestonk" yazıb və WallStreetBets forumunun bağlantısını paylaşmasıyla qrup daha da böyüdü. GameStop səhmləri, kiçik investorların böyük alqı-satqısı ilə son 2 həftədə 1700 faizdən çox qazanaraq investisiya şirkətlərinin zərər çəkməsinə səbəb oldu.



Әlaqәli Xәbәrlәr