Ərdoğan: "Yerli qaynaqlara əsaslanan enerji sektoru qurmağı hədəfləyirik"

Prezident Rəcəb Tayyib Ərdoğan "Müstəqil enerji, güclü Türkiyə deyərək mümkün qədər yerli qaynaqlara əsaslanan bir enerji sektoru qurmağı hədəfləyirik" deyib.

1564881
Ərdoğan: "Yerli qaynaqlara əsaslanan enerji sektoru qurmağı hədəfləyirik"

"Müstəqil enerji, güclü Türkiyə deyərək mümkün qədər yerli qaynaqlara əsaslanan bir enerji sektoru qurmağı hədəfləyirik".

Bunu prezident Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Vahdettin iqamətgahından canlı bağlantı ilə qatıldığı Manisa Enerji və Təbii Qaynaqlar Layihələri kütləvi açılış mərasimində deyib. 

2002-ci  ildə vəzifəyə gəldiklərindən bəridir Türkiyəyə Cümhuriyyət tarixinin ən uğurlu 18 illini yaşatdıqlarını ifadə edən Ərdoğan "Bizdən əvvəl yalnız 5 böyük şəhər təbii qazla təmin olunmuşdu. Bu müddət ərzində 81 şəhərimizin hamısını təbii qazla təmin etdik" deyib.

Türkiyə miqyasında təbii qaz paylanması sahəsindəki sərmayə qoyuluşunun cəmi 27 milyard lirə olduğunu vurğulayan Ərdoğan
"Təbii qaz sahəsindəki sərmayə qoyuluşlarımızı 2021-ci ildə də davam etdirəcəyik" deyə bildirib. 

Ərdoğan bir çox çətinliklərin öhdəsindən gəldiklərini ifadə edən dövlət başçısı bunu da deyib ki, Türkiyənin büdrəməsini, böhrana və xaosa sürüklənməsini ümid edənlərə inad ölkəmizi parlaq bir gələcəyə hazırlayırıq. 2002-ci ildə cəmi 18 meqavat olan geotermal enerji hazırda 1613 meqavata çatıb. Bu rəqəmlə Türkiyə geotermalda Avropada birinci, dünyada dördüncü yerə çıxıb.



Әlaqәli Xәbәrlәr