Bal ixracında artım qeydə alınıb

2020-ci ildə Türkiyə ABŞ, Səudiyyə Ərəbistanı, Küveyt başda olmaqla 52 ölkəyə bal ixrac edib.

1564297
Bal ixracında artım qeydə alınıb

Şərq Qaradəniz İxracatçıları Birliyinin (ŞQİB) hesabatına görə Türkiyənin 2020-ci ildə  bal ixracı 2019-cu ilə müqayisədə 8% artaraq 5 min 974 ton olub. Bu ixracatdan 25 milyon 864 min 852 dollar gəlir əldə edilib.  İxracın reallaşdırıldığı ölkələr  arasında 8 milyon 988 min 415 dollarla Almaniya ilk yeri tutub. Bu ölkəni 5 milyon 419 min 10 dollarla Amerika, 3 milyon 17 min 735 dollarla Səudiyyə Ərəbistanı, 1 milyon 43 min 80 dollarla Küveyt və 693 min 629 dollarla Oman, Polonya, Banqladeş, İndoneziya, İsveçrə, Yəmən, Macarıstan, Filippin, Kabo Verde, Litva, Panama, Mavritaniya, Rumıniya, Cənubi Koreya , Qvineya izləyib.



Әlaqәli Xәbәrlәr