ABŞ Çinin milli neft şirkətini qara siyahıya salıb

ABŞ milli təhlükəsizliyinə təhdid etdiyinə görə Çinin Milli Dəniz Neft Şirkətini (CNOOC) qara siyahıya salıb.

1564134
ABŞ Çinin milli neft şirkətini qara siyahıya salıb

ABŞ milli təhlükəsizliyinə təhdid etdiyinə görə Çinin Milli Dəniz Neft Şirkətini (CNOOC) qara siyahıya salıb.

ABŞ Ticarət Nazirliyi çinli Skyrizon şirkətini isə hərbi irtibatlı şirkətlər siyahısına daxil etdiyini açıqlayıb.

Nazirliyin bəyanatına görə, hər iki şirkətin də ABŞ-ın milli təhlükəsizliyinə təhdid təşkil etdiyi vurğulanıb.

CNOOC-un Cənubi Çin dənizindəki qonşularına gözdağı  verməsinə kömək etdiyinə işarə edilən bəyanatda Skyrizonun isə hərbi təyyarə mühərrikləri kimi məhsullar inkişaf etdirmə qabiliyyətinə sahib olduğu bildirilib.

ABŞ Ticarət Naziri Vilbur Ross mövzu ilə əlaqədar verdiyi bəyanatda Çinin Cənubi Çin dənizindəki düşüncəsiz və təcavüzkar hərəkətləri ilə silahlanma səyləri üçün texnologiya əldə edilməsinə yönəldilmiş təcavüzkar mövqeyinin ABŞ-ın və beynəlxalq birliyin təhlükəsizliyinə təhdid təşkil etdiyini ifadə edib.



Әlaqәli Xәbәrlәr