“Türk Hava Yolları”nın xarici uçuşlara endirim kampaniyası

“Türk Hava Yolları” (THY)  hava yolu şirkəti xarici uçuşlara 40 faiz endirim kampaniyasına başlayır.

1562243
“Türk Hava Yolları”nın xarici uçuşlara endirim kampaniyası

“Türk Hava Yolları” (THY)  hava yolu şirkəti xarici uçuşlara 40 faiz endirim kampaniyasına başlayır.

THY-nin media müşavirliyinin məlumatına görə, dünyanın müxtəlif bölgələrinə səyahət üçün nəzərdə tutulan kampaniya yanvarın 13-15-də alınan və aprelin 1-dən dekabrın 31-nə kimi olan müddəti əhatə edən tarixlərə şamil olunur. 

Şimali Kıbrıs Türk Cümhuriyyəti Ercan Hava Limanı və Çinin Pekin, Şanxay, Quanqzhou və Xian şəhərlərinə gediş-gəlişlərin kampaniyaya daxil edilmədiyi, kampaniya ilə əlaqəli məlumatların isə, "www.turkishairlines.com" internet ünvanından əldə edilə biləcəyi bildirilib. 

Alınacaq biletlərin qeyd edilən müddət ərzində dəyişdirilməsi mümkün olacaq.



Әlaqәli Xәbәrlәr