"Ən yaxşılar liqasında oyunçu olmağa hazırıq", R.T.Ərdoğan

Yerli avtomobil TOGG-un çıxarılacağı TOGG Platforması Dizayn və İstehsalat Mərkəzinin inşaata başlama mərasimində çıxış edən R.T.Ərdoğan deyib

1457545
"Ən yaxşılar liqasında oyunçu olmağa hazırıq", R.T.Ərdoğan
TOGG_Ərdoğan.jpg
TOGG_Ərdoğan_02.jpg
TOGG_Ərdoğan_01.jpg

 

   Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Ən yaxşılar liqasında oyunçu olmağa hazırıq" dedi.

  Türkiyənin Bursa rayonunun Gemlik qəsəbəsində TOGG Platforması Dizayn və İstehsalat Mərkəzinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə iştirak edən Türkiyə prezidenti yeni avtomobil zavodunun inşasına xeyir-dua verərək deyib: "Türkiyənin istehsal sənayesində nailiyyətlər davam edəcək. Bunun üçün əzm, cəsarət və mücadilə tələb olunur. Təməli qoyulan zavodda orta hesabla 4 min vətəndaş işləyəcək.

  Xalqımızın hər bir fərdi ölkəmizin gücünü və istehsal həcmini təmsil edən bu layihəyə sahibləndi. Türkiyə avtomobili təkcə ölkəmizdə deyil, dünyanın bir çox yerində əks-səs yaradacaq.  

  Fabriki 18 ayda tamamlayıb maşını 2022-ci ilin son rübündə buraxmağı planlaşdırırıq. Məhsul yelpiyimiz, texnologiyamız, iş modelimiz, planlarımız və tədarükçülərimizlə birlikdə dünyada ən yaxşılar liqasında oyunçu olmağa hazırıq.

  Böyük, güclü və yenilikçi ölkə görünüşümüzün simvollarından olan bu əsərin gənc nəsillərə ilham bəxş edəcəyinə inanırıq.

  Özünü TOGG ilə isbat edən şirkətlər qloballaşma yolunda addım atacaq”.

   Türkiyıənin sənaye və texnologiyalar naziri Mustafa Varank TOGG (Türkiyə Otomobili Girişim Grubu Sanayi) anonim şirkəti tərəfindən qurulan zavodun texniki imkanlarından bəhs edib. Qeyd olunub ki, zavod ən müasir texnologiyalarla təchiz ediləcək. Yerli istehsal rəqabətə davamlı olmaqla daxili bazarın qorunmasını və davamlı olaraq yeni iş yerlərinin açılması kimi mühüm şərtlərə cavab verəcək.

  Qeyd edək ki, Türkiyənin ilk yerli avtomobilini 2022-ci ildə istifadəyə verəcək zavod 2030-cu ilin sonunadək 5 fərqli modellə ümumilikdə 1 milyon ədəd minik maşını istifadəyə verməyi planlaşdırır.



Әlaqәli Xәbәrlәr