OPEC və qeyri-OPEC ölkələri bir araya gəlir

Azərbaycan Energetika Nazirliyindən verilən yazılı açıqlamada bildirilir...

1390597
OPEC və qeyri-OPEC ölkələri bir araya gəlir

 

  Azərbaycan Energetika Nazirliyi, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bir sıra OPEC istehsalçısı olmayan ölkələr arasında görüş video-konfrans yoluyla 6 apreldə gerçəkləşəcək.

  Azərbaycan Energetika Nazirliyindən verilən yazılı açıqlamada bildirilir: “OPEC və qeyri-OPEC ölkələri neft bazarlarını sabitləşdirmək üçün bir araya gələcək. Görüş aprelin 6-da video-konfrans yoluyla həyata keçiriləcək. Azərbaycanın da dəvət olunduğu iclasda yeni əməkdaşlıq bəyannaməsi müzakirə ediləcək.”

  Qeyd edək ki, Səudiyyə Ərəbistanı aprelin 2-də OPEC ilə Rusiyanın rəhbərlik etdiyi bir sıra OPEC üzvü olmayan ölkələr arasında "ədalətli razılaşma" təmin etmək üçün fövqəladə iclas çağırmışdı. 6 aprel görüşü ABŞ prezidenti Donald Trampla danışıqlardan sonra Səudiyyə Ərəbistanının çağırışı ilə təşkil olunur.  



Әlaqәli Xәbәrlәr