Mobil operatorlar internet kəsintisilə bağlı 90 milyon dollar zərərə uğradı

Qeyd edək ki, İran Ali Milli Təhlükəsizlik Şurası tərəfindən verilən qərara əsasən ölkədə ümumi nümayişlərin yayılmasının qarşısını almaq üçün 16 noyabrda internetə maneə törədilmişdi...

1316039
Mobil operatorlar internet kəsintisilə bağlı 90 milyon dollar zərərə uğradı

 

  İran rabitə və informasiya naziri Məhəmməd Cavad Azəri Cehromi benzin qiymətlərinin artırılmasına etirazlar zamanı internet kəsintisinə görə ölkənin mobil operatorlarının 90 milyon dollar zərərə uğradığını söyləyib.

  İranlı Tələbələr Xəbər Agentliyinə (İSNA) müsahibəsində Cehromi internet kəsintisi ilə əlaqədar ən böyük zərərin ticarətlərini internet üzərindən edən biznesmen və şirkətlərə dəydiyini bildirərək deyib:

  “Ticarət palataları və biznesmen birlikləri ilə olacaq görüşlərdən sonra bunları dəqiq açıqlayacağıq.

  Rabitə Tənzimləmə Təşkilatının hesabatına görə, mobil (GSM) operatorlar kəsinti ilə bağlı 90 milyon dollar zərərə uğrayıb, İran Milli Poçt Şirkətinin gündəlik gəlirləri isə 40 azalıb”.

  Qeyd edək ki, İran Ali Milli Təhlükəsizlik Şurası tərəfindən verilən qərara əsasən ölkədə ümumi nümayişlərin yayılmasının qarşısını almaq üçün 16 noyabrda internetə maneə törədilmişdi. 25 noyabrdan ölkənin bir çox yerlərində sabit internet xəttləri açılıb. Amma cib telefonlarının internet əlaqəsi paytaxt Tehranın qərb bölgələri ilə Xuzistan və Sistan-Beluçistan əyalətlərində hələ təmin edilməyib.



Әlaqәli Xәbәrlәr