"Malaziya və Türkiyənin əməkdaşlıq edə biləcəyi çox sahə var", M.Varank

Malaziya baş naziri Mahathir Məhəmməd Türkiyə səfəri zamanı ölkənin Aviasiya və Kosmos Sənayesi anonim şirkəti (TUSAŞ) və məhsulları haqqında məlumat aldı, “Atak”, “Hürkuş” və “Anka”nın uçuşlarını izlədi.

1242652

  Paytaxt Ankarada rəsmi gəzinti zamanı Malaziya baş nazirini Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank, Prezident Aparatı Müdafiə Sənayesinin sədri İsmayıl Demir, Türkiyə Aviasiya və Kosmos Sənayesi anonim şirkətinin baş direktoru Temel Kotil müşayiət etdi.

  Malaziya ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında mümkün iş birliklərini əhatə edən təqdimat mərasimindən sonra Malaziyanın baş naziri Türkiyə Aviasiya və Kosmos Sənayesi anonim şirkəti obyektlərini gəzdi, “Atak” vertolyotu, “Hürkuş” təlim təyyarəsi və “Anka” pilotsuz hava aparatının (PUA) uçuşlarını izlədi, Türkiyədə duyduğu məmnuniyyəti dilə gətirdi.

  Daha sonra təşkil edilən mətbuat konfransında Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank açıqlama verərək Malaziya və Türkiyənin əməkdaşlıq edə biləcəyi çox sahənin olduğunu bu sözlərlə ifadə etdi: “Müdafiə sənayesində olduğu kimi, digər sahələrdə də qarşımızda böyük imkanlar durur. Keçirilən görüşlərdə bu məsələləri müzakirə edirik. Qonaqların məmnunluğundan biz də məmnun olduq".

  Çıxışçılar iki ölkə arasındakı əməkdaşlığı daha da genişləndirəcəkləri və müsbət addımlar atacaqlarına əmin olduqlarını dilə gətirdilər.

Әlaqәli Xәbәrlәr