"Bu, ABŞ tarixinin ən önəmli ticarət müqaviləsidir", D.Tramp

D.Tramp anlaşmanı Ağ Saraydan ictimaiyyətə açıqlayıb

1060837
"Bu, ABŞ tarixinin ən önəmli ticarət müqaviləsidir", D.Tramp

  Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp ölkəsilə Meksika və Kanadanın Şimali Amerika Azad Ticarət Razılaşmasının (NAFTA) yerini alacaq yeni ticarət müqaviləsinə razılıq verdiyini bildirib.

   D.Tramp anlaşmanı Ağ Saraydan ictimaiyyətə açıqlayıb. O deyib:

  “Təxminən 1,2 trilyon dollarlıq ticarəti maraqlandıran yeni müqavilə "ABŞ tarixinin ən önəmli ticarət müqaviləsi"dir. NAFTA-nı ləğvetmə və dəyişmə danışıqlarını USMCA adlandırdığımız ABŞ-Meksika-Kanada Müqaviləsi ilə uğurla başa vurduq.

  Yeni müqavilə bütün tərəflər üçün çox yaxşı nəticədir. Meksika prezidenti Enrike Pena Nieto (Enrique Pena Nieto) və Kanadanın baş naziri Castin Trüdoya (Justin Trudeau) səyləri üçün təşəkkür edirəm.

  USMCA müqaviləsi, xüsusən, Amerika kənd təsərrüfatı və avtomobil sektoru üçün "böyük qələbə" anlamına gəlir. Yeni qaydalara görə, avtomobillərin sıfır gömrük vergisindən istifadə etməsi üçün ən az 75 faizi Şimali Amerika qitəsində istehsal edilməlidir. Bu nisbət ləğv edilən NAFTA çərçivəsində ən az 62,5 % səviyyəsindədir.

  Amma USMCA müqaviləsi əvvəlki aylarda tətbiqə qoyulan tarifsiz baş verməyəcək. Əgər bu tariflər məsələsi olmasaydı, bu müqavilə də olmayacaqdı.

  Avropa İttifaqı və Yaponiya ilə də danışıqlar masasına əyləşməyə razıyıq.”

  Qeyd edək ki, müqavilə ABŞ, Meksika və Kanada prezidentlərinin imzasından sonra üç ölkənin parlamentindən keçməlidir.



Әlaqәli Xәbәrlәr